Bank Of Baku

Vahid informasiya təminatı sisteminin strukturu açıqlanıb

Vahid informasiya təminatı sisteminin strukturu açıqlanıb
# 27 dekabr 2023 16:41 (UTC +04:00)

Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin strukturu və funksionallığına dair tələblər müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi”ndə əksini tapıb.

Əsasnaməyə əsasən, Sistemin strukturuna aşağıdakı altsistemlər daxildir:

- Elektron Tikinti Portalı;

- Tikintilərin Dövlət Reyestri Portalı;

- Şəhərsalma Nəzarəti.

Sistem vasitəsilə aşağıdakılar təmin edilir:

- informasiyanın informasiya ehtiyatında toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi;

- Sistemdən eyni zamanda çoxsaylı istifadəçilərin istifadə etməsinin mümkünlüyü;

- təhlükəsizlik və məlumatların mühafizəsi;

- şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı elektron xidmətlərin göstərilməsi;

- müraciətin nəticəsi olaraq yekun elektron sənədlərin hazırlanması.

“Elektron Tikinti Portalı” altsisteminə daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

tikintiyə icazə sahəsində:

- sifarişçi tərəfindən tikintiyə icazə alınması məqsədilə tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi;

- sifarişçi tərəfindən təqdim edilən sənədlərin ərizəyə əlavə olunmasının yoxlanılması;

- sənədlər tam təqdim olunmadıqda (Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) tikintiyə icazə verən orqan (qurum) tərəfindən onların tamamlanması üçün zəruri hərəkətlər barədə sifarişçiyə məlumat verilməsi və sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrinin izahının göndərilməsi;

- müraciətin (müvafiq sənədlərlə birlikdə) tikintiyə icazə verən orqan (qurum) tərəfindən rəylərin, texniki şərtlərin və həmin texniki şərtlərlə bağlı layihə sənədlərinin alınması üçün aidiyyəti qurumlara göndərilməsi;

- tikintiyə icazə verən orqan (qurum) tərəfindən verilmiş tikintiyə icazənin (tələb olunduqda həmçinin xüsusi nişanın) və ya tikintiyə icazənin verilməsindən imtina barədə qərarın sifarişçiyə göndərilməsi;

- tikintiyə icazə verən orqan (qurum) tərəfindən tikintiyə icazə barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

- Tikintilərin Dövlət reyestrini aparan orqan tərəfindən tikinti obyektinə verilən kod və həmin koda dair şəhadətnamənin tikintiyə icazə verən orqana (quruma) və sifarişçiyə göndərilməsi;

- tikintiyə icazə, xüsusi nişan verildikdə bu barədə, habelə müvafiq tikinti layihəsi barədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilməsi;
sifarişçi tərəfindən tikintiyə icazə almaq üçün müraciət edilməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədilə tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi və həmin orqan (qurum) tərəfindən cavab verilməsi;

istismara icazə sahəsində:

- sifarişçi tərəfindən tikinti obyektinin istismarına icazə verilməsi məqsədilə istismara icazə verən orqana (quruma) müraciət edilməsi, habelə müraciətə əlavə olunmalı sənədlərin təqdim edilməsi;

- istismara icazə verən orqan (qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə sifarişçiyə məlumat göndərilməsi, həmin ödənişin həyata keçirildiyini təsdiq edən sənədin sifarişçi tərəfindən təqdim edilməsi;

- istismara icazə verən orqan (qurum) tərəfindən verilmiş tikinti obyektinin istismarına icazənin və ya istismara icazənin verilməsindən imtina haqqında qəbul edilmiş qərarın sifarişçiyə göndərilməsi;

- istismara icazə verən orqan (qurum) tərəfindən tikinti obyektinin istismarına icazə barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

reklam qurğularının tikintisinə icazə sahəsində:

- açıq məkanda reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklər edilməsinə icazə verilməsi məqsədilə sifarişçi tərəfindən tikintiyə icazə verən orqana (quruma) müraciət edilməsi;

- tikintiyə icazə verən orqan (qurum) tərəfindən reklam qurğularının tikintisinə icazə verilməsi ilə bağlı Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi;

məlumatlandırma icraatı sahəsində:

- sifarişçi tərəfindən tikinti niyyəti barədə məlumatlandırılan orqana (quruma) məlumat verilməsi və məlumata əlavə olunan sənədlərin yoxlanılması məqsədilə göndərilməsi;

- məlumatlandırılan orqan (qurum) tərəfindən tikinti obyektinin layihəsinə münasibətdə iradların sifarişçiyə göndərilməsi, Məcəllə ilə müəyyən edilmiş müddətdə hər hansı irad bildirilmədikdə, tikinti niyyəti barədə məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi;

- tikinti işlərinin başlanılması üçün Məcəllə ilə müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat verilməsi;

- sifarişçi tərəfindən tikinti obyektinin tikintisinin başa çatması barədə məlumatlandırılan orqana (quruma) məlumat verilməsi və həmin məlumatların Tikintilərin Dövlət reyestrinə ötürülməsi.
“Şəhərsalma Nəzarəti” altsisteminə daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

- kameral qaydada nəzarət zamanı tələb olunan sənədlərin orqanlar (qurumlar) arasında mübadiləsi;

- sahib tərəfindən dövlət şəhərsalma nəzarəti çərçivəsində əsaslandırılmış göstərişlərin göndərilməsi;

- aparılan tikinti işləri ilə bağlı tikintisinə icazə tələb olunan tikinti obyektlərinə münasibətdə tikintiyə icazənin verilib-verilmədiyi, barəsində məlumatlandırma icraatı tətbiq olunan tikinti obyektinə münasibətdə isə həmin işlərin başlanılması üçün Məcəllə ilə müəyyən olunmuş əsasın yaranıb-yaranmadığı barədə məlumatların real vaxt rejimində yoxlanılması;

- yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilmiş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin məlumatlandırılması və bu barədə bütün məlumatların sahibə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilməsi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR