Bank Of Baku

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevaya zəng edib

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

© APA | Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko

# 26 avqust 2026 17:40 (UTC +04:00)

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Azərbaycanın Birinci vitse-prezidentini ad günü münasibətilə təbrik edib, möhkəm cansağlığı və yeni uğurlar arzulayıb.

Valentina Matviyenko Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi görüşlərini məmnunluqla xatırlayıb, onun Azərbaycan-Rusiya dostluq münasibətlərinin inkişafında rolunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR