Bank Of Baku

Vaqif Sadıqov Azərbaycanın Belçikada səfiri vəzifəsindən geri çağırılıb, onun yerinə Məmməd Əhmədzadə təyin edilib

Vaqif Sadıqov

© APA | Vaqif Sadıqov

# 10 avqust 2026 13:26 (UTC +04:00)

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Məmməd Əhmədzadə buna qədər Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsindən çalışıb.

Prezident İlham Əliyev Məmməd Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında avqustun 10-da sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR