Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı adıarə verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü artırılıb.
APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, 2025-ci il iyulun 1-dən Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 2000 manatdan 2200 manata,
Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1800 manatdan 2000 manat qaldırılıb.