Bank Of Baku

Vyetnam Prezidenti: Təyyarə qəzası nəticəsində çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi

Vyetnam Prezidenti: Təyyarə qəzası nəticəsində çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi
# 28 dekabr 2024 19:34 (UTC +04:00)

Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Cənab Prezident, Vyetnam dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, kədərinizi bölüşürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR