Bank Of Baku

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib   - FƏRMAN
# 28 sentyabr 2024 13:52 (UTC +04:00)

"Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası" təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması bu Qaydanın Əlavəsinə uyğun olaraq aparılacaq:

Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması CƏDVƏLİ

Sıra

№-si

Dövlət

qulluğunda ixtisas

dərəcələri

Hərbi rütbələr

Prokurorluq orqanlarında rütbələr

Ədliyyə

orqanlarında xüsusi rütbələr

Fövqəladə hallar

orqanlarında

xüsusi rütbələr

Miqrasiya orqanlarında

xüsusi rütbələr

Daxili işlər orqanlarında

xüsusi rütbələr

Gömrük

orqanlarında xüsusi rütbələr

Vergi

orqanlarında xüsusi rütbələr

Diplomatik rütbələr

1

2

3

4

5

6

7

8

9

10

11

1. Ali rütbələr və ixtisas dərəcələri

1.1.

həqiqi dövlət müşaviri

ordu generalı

həqiqi dövlət ədliyyə müşaviri

həqiqi dövlət ədliyyə müşaviri

-

-

-

həqiqi dövlət gömrük

xidməti müşaviri

həqiqi dövlət vergi xidməti müşaviri

-

1.2.

1-ci dərəcə dövlət müşaviri

general-polkovnik, admiral

I dərəcəli dövlət ədliyyə müşaviri,

ədliyyə general- polkovniki

I dərəcəli dövlət ədliyyə müşaviri,

ədliyyə general- polkovniki

-

I dərəcəli dövlət miqrasiya xidməti müşaviri

polis general- polkovniki

gömrük xidməti

general- polkovniki

1-ci dərəcəli dövlət vergi

xidməti müşaviri

fövqəladə

səlahiyyətli səfir

1.3.

2-ci dərəcə dövlət müşaviri

general-leytenant, vitse-admiral, tibb xidməti general- leytenantı, ədliyyə general-leytenantı

II dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general- leytenantı

II dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general- leytenantı

daxili xidmət general- leytenantı, tibb xidməti

general- leytenantı

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri

polis general- leytenantı

gömrük xidməti general- leytenantı

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

birinci dərəcəli fövqəladə və

səlahiyyətli elçi

1.4.

3-cü dərəcə dövlət müşaviri

general-mayor, kontr-admiral, tibb xidməti general- mayoru, ədliyyə general-mayoru

III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru

III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general- mayoru, tibb xidməti general- mayoru

daxili xidmət general- mayoru, tibb xidməti general- mayoru

III dərəcəli dövlət miqrasiya xidməti müşaviri

polis general- mayoru, tibb xidməti general- mayoru

gömrük xidməti general- mayoru, tibb xidməti general- mayoru

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

2. Digər rütbələr və ixtisas dərəcələri

2.1.

dövlət qulluğunun baş müşaviri

polkovnik, 1-ci dərəcəli kapitan, tibb xidməti polkovniki, ədliyyə polkovniki

baş ədliyyə müşaviri, ədliyyə polkovniki

baş ədliyyə müşaviri, ədliyyə polkovniki, tibb xidməti polkovniki

daxili xidmət polkovniki, tibb xidməti polkovniki

baş miqrasiya xidməti müşaviri

polis polkovniki, tibb xidməti polkovniki

gömrük xidməti polkovniki, tibb xidməti polkovniki

baş vergi xidməti müşaviri, baş ədliyyə müşaviri

birinci dərəcəli müşavir

2.2.

dövlət qulluğunun müşaviri

polkovnik- leytenant, 2-ci dərəcəli kapitan, tibb xidməti polkovnik- leytenantı, ədliyyə polkovnik-

leytenantı

ədliyyə müşaviri, ədliyyə polkovnik- leytenantı

ədliyyə müşaviri, ədliyyə polkovnik- leytenantı, tibb xidməti polkovnik- leytenantı

daxili xidmət polkovnik- leytenantı, tibb xidməti polkovnik- leytenantı

miqrasiya xidməti müşaviri

polis polkovnik- leytenantı, tibb xidməti polkovnik- leytenantı

gömrük xidməti polkovnik- leytenantı, tibb xidməti polkovnik- leytenantı

vergi xidməti müşaviri, ədliyyə müşaviri

ikinci dərəcəli müşavir

2.3.

dövlət qulluğunun kiçik müşaviri

mayor, 3-cü dərəcəli kapitan, tibb xidməti mayoru, ədliyyə

mayoru

kiçik ədliyyə müşaviri, ədliyyə mayoru

kiçik ədliyyə müşaviri, ədliyyə mayoru, tibb xidməti mayoru

daxili xidmət mayoru, tibb xidməti mayoru

kiçik miqrasiya xidməti müşaviri

polis mayoru, tibb xidməti mayoru

gömrük xidməti mayoru, tibb xidməti

mayoru

kiçik vergi xidməti müşaviri, kiçik ədliyyə

müşaviri

birinci dərəcəli birinci katib

2.4.

1-ci dərəcə dövlət qulluqçusu

kapitan, kapitan leytenant, tibb xidməti kapitanı, ədliyyə kapitanı

I dərəcəli hüquqşünas, ədliyyə kapitanı

I dərəcəli ədliyyə qulluqçusu, ədliyyə kapitanı, tibb xidməti

kapitanı

daxili xidmət kapitanı, tibb xidməti kapitanı

I dərəcəli miqrasiya xidməti qulluqçusu

polis kapitanı, tibb xidməti kapitanı

gömrük xidməti kapitanı, tibb xidməti

kapitanı

1-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli hüquqşünas

ikinci dərəcəli birinci katib

2.5.

2-ci dərəcə dövlət qulluqçusu

baş leytenant, tibb xidməti baş leytenantı, ədliyyə baş leytenantı

II dərəcəli hüquqşünas, ədliyyə baş leytenantı

II dərəcəli ədliyyə qulluqçusu, ədliyyə baş leytenantı, tibb

xidməti baş leytenantı

daxili xidmət baş leytenantı, tibb xidməti baş leytenantı

II dərəcəli miqrasiya xidməti qulluqçusu

polis baş leytenantı, tibb xidməti baş leytenantı

gömrük xidməti baş leytenantı, tibb xidməti

baş leytenantı

2-ci dərəcəli müfəttiş, 2-ci dərəcəli hüquqşünas

birinci dərəcəli ikinci katib, ikinci

dərəcəli ikinci katib

2.6.

3-cü dərəcə dövlət qulluqçusu

leytenant, tibb xidməti leytenantı, ədliyyə leytenantı

III dərəcəli hüquqşünas, ədliyyə leytenantı

III dərəcəli ədliyyə qulluqçusu, ədliyyə leytenantı, tibb xidməti

leytenantı

daxili xidmət leytenantı, tibb xidməti leytenantı

III dərəcəli miqrasiya xidməti qulluqçusu

polis leytenantı, tibb xidməti leytenantı

gömrük xidməti leytenantı, tibb xidməti

leytenantı

3-cü dərəcəli müfəttiş, 3-cü dərəcəli hüquqşünas

üçüncü katib

2.7.

kiçik dövlət qulluqçusu

kiçik leytenant, tibb xidməti kiçik leytenantı, ədliyyə kiçik leytenantı

-

ədliyyə kiçik leytenantı, tibb xidməti kiçik leytenantı

daxili xidmət kiçik leytenantı, tibb xidməti kiçik leytenantı

kiçik miqrasiya xidməti qulluqçusu

polis kiçik leytenantı, tibb xidməti kiçik leytenantı

gömrük xidməti kiçik leytenantı, tibb xidməti kiçik

leytenantı

-

attaşe

2.8.

dövlət qulluğunun baş referenti

baş gizir, baş miçman

-

ədliyyə baş giziri, tibb xidməti baş giziri

daxili xidmət baş giziri, tibb xidməti baş giziri

-

-

gömrük xidməti baş giziri, tibb xidməti baş

giziri

-

-

2.9.

dövlət qulluğunun böyük referenti

gizir, miçman

-

ədliyyə giziri, tibb xidməti giziri

daxili xidmət giziri, tibb xidməti giziri

-

-

gömrük xidməti giziri, tibb xidməti giziri

-

-

2.10.

dövlət qulluğunun 1-ci dərəcə referenti

kiçik gizir, kiçik miçman

-

ədliyyə kiçik giziri, tibb xidməti kiçik giziri

daxili xidmət kiçik giziri, tibb xidməti kiçik giziri

-

-

-

-

-

2.11.

dövlət qulluğunun 2-ci dərəcə

referenti

baş çavuş

-

ədliyyə

baş çavuşu, tibb xidməti baş çavuşu

daxili xidmət baş çavuşu, tibb xidməti

baş çavuşu

baş miqrasiya xidməti çavuşu

polis baş serjantı, tibb xidməti baş

serjantı

-

-

-

2.12.

dövlət qulluğunun

3-cü dərəcə referenti

çavuş

-

ədliyyə çavuşu, tibb xidməti çavuşu

daxili xidmət çavuşu, tibb xidməti çavuşu

miqrasiya xidməti çavuşu

polis serjantı, tibb xidməti serjantı

-

-

-

2.13.

dövlət qulluğunun kiçik referenti

kiçik çavuş

-

ədliyyə kiçik çavuşu, tibb

xidməti kiçik çavuşu

daxili xidmət kiçik çavuşu,

tibb xidməti kiçik çavuşu

kiçik miqrasiya xidməti çavuşu

polis kiçik serjantı, tibb

xidməti kiçik serjantı

-

-

-

Rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aşağıdakı tələblər nəzərə alınmaqla həyata keçirilir:

- dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

- dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu ixtisas dərəcəsi, habelə həmin ixtisas dərəcəsində qulluq müddəti nəzərə alınır;

- dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən və dövlət qulluğu vəzifəsinə qəbul edilən şəxsə ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

- dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş və rütbəyə malik olan şəxs sonradan dövlət qulluğu vəzifəsinə qəbul edildikdə ona ixtisas dərəcəsi verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

- dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçən şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır;

- dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) keçmiş şəxs sonradan dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə ona rütbə verilərkən malik olduğu rütbə, habelə həmin rütbədə qulluq (xidmət) müddəti nəzərə alınır.

- Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş və ixtisas dərəcəsinə malik olan şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən, habelə dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid digər dövlət orqanında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilərkən ona təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddi nəzərə alınmaqla rütbə verilir.

Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğuna qəbul edilərkən həmin şəxsə təyin olunduğu vəzifənin təsnifatı üzrə müəyyən edilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ixtisas dərəcəsi verilir. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən yuxarıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən yüksək ixtisas dərəcəsi verilir. Dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxsin malik olduğu rütbə onun dövlət qulluğunda təyin olunduğu vəzifənin təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələrindən aşağıdırsa, ona həmin təsnifat üzrə müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir. Dövlət qulluqçusu və ya əvvəllər dövlət orqanında işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsi onun dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında xidmətə (qulluğa) qəbul olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən yuxarıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən yüksək rütbə verilir. Dövlət qulluğunun xüsusi növünə aid bir dövlət orqanından digərinə qulluğa (xidmətə) qəbul edilərkən şəxsin malik olduğu rütbə onun təyin olunduğu vəzifə üzrə müəyyən edilmiş rütbə həddindən aşağıdırsa, ona həmin vəzifə üzrə müəyyən edilmiş ən kiçik rütbə verilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü və 32-ci bəndlərinə uyğun olaraq verilmiş və bu Qaydanın Əlavəsinin 1.1−1.4-cü bəndlərində nəzərdə tutulmuş rütbələrin və ixtisas dərəcələrinin (həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri , 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri) qarşılıqlı uyğunlaşdırılması məsələsinə müvafiq dövlət orqanı rəhbərinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılır. Bu Qaydanın Əlavəsinin 2.1−2.7-ci bəndlərində nəzərdə tutulmuş rütbə və ixtisas dərəcələrinin (dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu) hərbi rütbələrə uyğunlaşdırılması “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əsasən keçirilən attestasiyanın nəticəsinə uyğun olaraq aparılır. Səfərbərlik zamanı hərbi xidmətə çağırılan xüsusi, diplomatik rütbəyə və ixtisas dərəcəsinə malik olan şəxsə münasibətdə xüsusi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin hərbi rütbələrə uyğunlaşdırılması aparılmır. Həqiqi hərbi xidmətdə saxlanılmaqla dövlət orqanına ezam olunaraq dövlət qulluğu vəzifəsinə təyin edilən hərbi qulluqçulara münasibətdə hərbi rütbələrin ixtisas dərəcələrinə uyğunlaşdırılması aparılmır. Bu Qaydanın Əlavəsinin 2.1−2.13-cü bəndlərində nəzərdə tutulan rütbələrin və ixtisas dərəcələrinin (dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu, kiçik dövlət qulluqçusu, dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət qulluğunun kiçik referenti) qarşılıqlı uyğunlaşdırılması müvafiq dövlət orqanının rəhbəri tərəfindən həyata keçirilir. İxtisas dərəcələrinin və rütbələrin verilməsini təsdiq edən sənədlərə rütbənin və ixtisas dərəcəsinin verilməsi barədə əmrlərdən (sərəncamlardan və s.) çıxarışlar, əmək kitabçası, hərbi bilet və ya digər sənədlər aiddir. Bu halda rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması ilə əlaqədar mübahisə yarandıqda, müvafiq dövlət orqanı və ya şəxs bu barədə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasına və məhkəməyə müraciət edə bilər. Bu Qaydaya uyğun olaraq barəsində rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması aparılmış şəxs sonradan daha yüksək vəzifəyə (yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə və ya rütbə həddi yuxarı olan vəzifəyə) təyin olunduqda, həmin yüksək vəzifəyə əsasən yenidən uyğunlaşdırma aparılmasına yol verilir. Bu Qayda qüvvəyə minənədək dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) keçmiş şəxs dövlət qulluğu vəzifəsinə və ya dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə və ya dövlət qulluğunda işləmiş şəxs dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifəyə qəbul edilmişdirsə, həmin şəxslərin təyin olunduqları vəzifə üzrə rütbə həddi (vəzifə təsnifatı üzrə nəzərdə tutulmuş ixtisas dərəcələri) nəzərə alınmaqla, onların malik olduğu rütbə və ixtisas dərəcəsinin qarşılıqlı uyğunlaşdırılmasının aparılmasına yol verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR