Bank Of Baku

Yük avtomobillərinin qanunsuz parklanmasına görə cərimələr artırılıb

Yük avtomobillərinin qanunsuz parklanmasına görə cərimələr artırılıb
# 24 iyul 2024 16:30 (UTC +04:00)

Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə cərimələr artırılıb.
APA verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə iyirmi manat məbləğində cərimə ediləcək.

İndiyə qədər bu cərimənin məbləği 10 manat idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR