Bank Of Baku

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrılıb

Zabrat, Sabunçu və Ramanada yolların təmirinə 450 min manat ayrılıb
# 19 dekabr 2023 13:01 (UTC +04:00)

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 450 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR