Zoran Milanoviç Prezident İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç

© APA | Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç

# 25 may 2024 11:51 (UTC +04:00)

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevi təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi, xalqınıza tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Xorvatiya ilə Azərbaycanı çoxillik sıx əməkdaşlıq və dostluq əlaqələri bağlayır. İnanıram ki, biz qarşıdakı dövrdə ümumi əlaqələrimizi inkişaf etdirmək istiqamətində çalışmağa davam edəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR