Gələn ay Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək

Gələn ay Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək
# 03 noyabr 2015 09:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Gələn ay Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “APA-Economics”ə verilən məlumata görə, dekabrın 7-9-da Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu baş tutacaq.

Forumda iştirak etmək üçün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər.

İş adamları və sahibkarları Azərbaycan nümayəndə heyətinin tərkibində qeyd olunan səfərdə iştiraka dəvət edilir. İştirak etmək istəyən iş adamları “Azpromo”ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR