Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərilib

 Rauf Mirqədirovun cinayət işi məhkəməyə göndərilib
# 21 oktyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Vəkil Fuad Ağayevin APA-ya verdiyi məlumata görə, cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR