Gürcüstandakı Azərbaycan teatrı Litvada beynəlxalq festivalda iştirak edib - FOTO

Gürcüstandakı Azərbaycan teatrı Litvada beynəlxalq festivalda iştirak edib - <span style="color: red;">FOTO
# 29 sentyabr 2015 02:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Sentyabrın 23 -27-də Heydər Əliyev adınaTiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının bir qrup aktyoru A.P.Çexovun “Ayı” tamaşasıyla Litvanın Yonava şəhərində keçirilən beynəlxalq teatr festivalında iştirak edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı və musiqi tərtibatçısı Turqay Vəlizadə bildirib. Tamaşada rollarda teatrın istedadlı aktyorları Aslan Məmmədov, Leyla Qasımova və Turqay Vəlizadə oynayıblar.

Tamaşanın quruluşçu rejissoru T. Vəlizadə APA-ya açıqlamasında Litvanın Yonava şəhərində keçirilən festivalda Avstriya, Latviya, İspaniya və Litvanın bir neçə teatrlarının iştirak etdiyini bildirib: "Aktyorlarımızın gücü ilə hazırladığımız "Ayı" tamaşası böyük uğur qazanıb. Dünyanın bir neçə ölkəsindən gələn teatr tənqidçiləri tamaşanı yüksək qiymətləndiriblər".

Qeyd edək ki, Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının bir qrup aktyorunun Litvada iştirakı üçün maddi dəstəyi Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və “Tiflis Palace” mehmanxanası göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR