De Mistura: “Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür”

De Mistura: “Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür”
# 30 oktyabr 2015 20:55 (UTC +04:00)

Bakı-APA. Suriya böhranını yalnız siyasi yolla həll etmək mümkündür.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Stafan de Mistura Vyanada bəyan edib.

“Bir neçə gün öncə Rusiya, ABŞ,İran və digər ölkələrin bir masa arxasında oturacaqlarını təsəvvür edə bilməzdik. Bu gün isə yeddi saat ərzində mühüm danışıqlar baş tutdu, heç kim tədbiri tərk etmədi, fundamental məsələlərdə yekdillik nümayiş etdirildi”, deyə S.de Mistura bildirib.

BMT elçisi Vyanada çoxtərəfli görüşün iştirakçılarını Suriya üzrə xüsusi təmas qrupu adlandırıb: “Artıq əlimizdə 9 bənddən ibarət kommünike də var. Bu, yeddi saatlıq ciddi və konstruktiv müzakirələrin məhsuludur”.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada Suriya üzrə çoxtərəfli görüş keçirilib. Yeddi saatdan çox davam edən görüşdə 10-dan çox ölkənin nümayəndə heyəti iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR