Gəncədə maşın 21 yaşlı piyadanı vuraraq öldürüb

Gəncədə maşın 21 yaşlı piyadanı vuraraq öldürüb
# 27 iyul 2015 11:50 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə iyulun 26-da Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Daşkəsən rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Yusibov yüksək sürətlə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Vasif Fərəcovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR