Bank Of Baku

Azərbaycan əhalisi yanvarda ticarət şəbəkəsindən 10% çox istehlak malları alıb

Azərbaycan əhalisi yanvarda ticarət şəbəkəsindən 10% çox istehlak malları alıb
# 11 fevral 2009 06:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 939,5 mln. manatlıq və ya 2008-ci ilin yanvar ayındakından 10,3% çox geniş çeşidli müxtəlif istehlak malları satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 620,9 mln. manatını ərzaq, 318,6 mln. manatını qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 10,4% və 11,2% artıb.
Ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin 15,4%-i hüquqi şəxslərin, 43,8%-i mütəşəkkil təşkil olunmuş yarmarka və bazarlarda fəaliyyət göstərən fiziki şəxslərin, 40,8%-i isə hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların hesabına formalaşıb.
Ay ərzində əhaliyə 310,1 mln. manatlıq və ya 20,1% çox pullu xidmət göstərilib. Xidmətin 81,4%-i hüquqi, 18,6%-i fiziki şəxslərin payına düşüb və onlar tərəfindən əhaliyə müvafiq olaraq 24,4% və 4,3% çox pullu xidmət göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR