Bank Of Baku

Brüsseldə «Qara dəniz regionu və Qərb Əməkdaşlığı Ölkələrində vətəndaş cəmiyyətində dialoq» mövzusunda beynəlxalq konfrans keçiriləcək

Brüsseldə «Qara dəniz regionu və Qərb Əməkdaşlığı Ölkələrində vətəndaş cəmiyyətində dialoq» mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 11 fevral 2009 08:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 2-3-də Brüsseldə (Belçika) Avropa İqtisadi və Sosial Komitəsi ilə Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə «Qara dəniz regionu və Qərb Əməkdaşlığı Ölkələrində vətəndaş cəmiyyətində dialoq» mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, konfransda Avropa ölkələrinin işəgötürən təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri təqdimatla çıxış edəcəklər. Bu tədbirdə Azərbaycanı ASK-nın prezidenti Ələkbər Məmmədov təmsil edəcək. Ə.Məmmədov konfransda Azərbaycanda Sosial Dialoq sahəsində mövcud vəziyyətlə bağlı geniş təqdimatla çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR