Bank Of Baku

Azərbaycan İstanbulda keçiriləcək tibb sərgisində iştirak edəcək

Azərbaycan İstanbulda keçiriləcək tibb sərgisində iştirak edəcək
# 11 fevral 2009 09:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 5-8-də İstanbulda (Türkiyə) «Expomed-2009» adlı beynəlxalq tibb sərgisi keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, sərgi Türkiyənin «TÜYAP Tüm Fuarçılıq» şirkəti tərəfindən təşkil olunacaq. Tədbirdə tibbi cihazlar, diaqnostika avadanlıqları, istehlak malları, xəstəxana, laboratoriya və analiz avadanlıqları, tibbi toxuculuq və digər məhsullar nümayiş olunacaq.
ASK-nın təşkilatçılığı ilə sərgidə Azərbaycan sahibkarlarından ibarət olan nümayəndə heyəti də iştirak edəcək.
Qeyd edək ki, ötən il ərzində ASK-nın təşkilatçılığı ilə 3 mindən artıq azərbaycanlı sahibkarlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR