Bank Of Baku

Azərbaycan sahibkarları İzmirdə keçiriləcək beynəlxalq təbii daşlar və texnologiyaları sərgisində iştirak edəcək

Azərbaycan sahibkarları İzmirdə keçiriləcək beynəlxalq təbii daşlar və texnologiyaları sərgisində iştirak edəcək
# 12 fevral 2009 06:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 25-28-də İzmirdə (Türkiyə) XV Beynəlxalq Təbii Daşlar və Texnologiyaları Sərgisi («Marble 2009») keçiriləcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, sərgidə 2 minə yaxın şirkətin iştirakı gözlənilir. Tədbirdə mərmər, qranit, almaz, mişar daşları, müxtəlif qaynaqlayıcılar, iş maşınları (qazıcı, yük dolduran və s.) və avadanlıqlar nümayiş olunacaq.
ASK-nın təşkilatçılığı ilə Azərbaycan sahibkarlarından ibarət olan nümayəndə heyəti də sərgidə iştirak edəcək.
Qeyd edək ki, ötən il ərzində ASK-nın təşkilatçılığı ilə 3 mindən artıq azərbaycanlı sahibkarlar müxtəlif beynəlxalq sərgilərdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR