Bank Of Baku

Ötən il Azərbaycanda kommersiya hüquqi şəxslərin sayı 30% artıb

Ötən il Azərbaycanda kommersiya hüquqi şəxslərin sayı 30% artıb
# 12 fevral 2009 07:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda «bir pəncərə» sistemi ilə 44 mindən artıq sahibkarlıq subyekti dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bildirib.
Qeydiyyata alınanlardan 6 471-i kommersiya hüquqi şəxsləri olub. Kommersiya hüquqi şəxslərin sayı 2007-ci il ilə müqayisədə 30% artıb.
Xatırladaq ki, Azərbaycanda «bir pəncərə» sistemi ilə sahibkarlıq subyektlərinin qeydiyyatına 2008-ci ilin yanvar ayının 1-dən başlanılıb. Qeydiyyatı Vergilər Nazirliyi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR