Bank Of Baku

Minsk vilayətinin qubernatoru Bakıya gələcək

Minsk vilayətinin qubernatoru Bakıya gələcək
# 13 fevral 2009 13:58 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Minsk vilayətinin qubernatoru Leonid Kruptsanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-dən 26-na kimi Azərbaycanda səfərdə olacaq. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə Belarusun 17 müəssisə və şirkətinin rəhbəri, Minsk vilayətinin Minsk və Smolovitski rayonlarının rəhbərləri daxildirlər. Səfər çərçivəsində L. Kruptsa Azərbaycan rəsmiləri, bir sıra rayon rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə danışıqlar aparacaq, İqtisadi İnkişaf Nazirliyində görüş keçirəcək. Səfər çərçivəsində Azərbaycan-Belarus biznes-forumu və Belarus mallarının sərgi-satışı da təşkil olunacaq. Bu sərgidə Slutsk ət və pendir emalı kombinatlarının, Kopılsk yağ-pendir zavodunun və digər müəssisələrin məhsulları sərgilənəcək. Sərgidə həmçinin «Atlant» soyuducuları və paltaryuyan maşınları, “Neman” şirkətinin şüşə və büllur qab-qacaqları, “Milavitsa” fabrikin məhsulları nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR