Bank Of Baku

Azərbaycanda qida məhsullarını sertifikatlaşdıran orqanı və laboratoriya bağlanıb

Azərbaycanda qida məhsullarını sertifikatlaşdıran orqanı və laboratoriya bağlanıb
# 16 fevral 2009 07:52 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azstandartservis» MMC-nin nəzdində fəaliyyət göstərən «Qida məhsullarının sertifikatlaşdırılması orqanı»nın və «Qida və su laboratoriyası»nın akkreditasiya attestatları ləğv olunub. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
«Qida məhsullarının sertifikatlaşdırılması orqanı»nın və laboratoriyanın akkreditasiyası «Azstandartservis» MMC-nin müraciəti əsasında ləğv edilib.
Qeyd edək ki, «Azstandartservis» MMC Azərbaycanda fəaliyyət göstərən əsas akkreditasiyaçı şirkətlərdəndir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR