Bank Of Baku

Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçirilir

Afinada Yunanıstan-Azərbaycan biznes-forumu keçirilir
# 17 fevral 2009 08:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Afinada Yunanıstan-Azərbaycan biznes-forumu işə başlayıb. Tədbir Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Yunanıstan Sahibkarlar Federasiyası tərəfindən təşkil olunub.
Azpromo-dan «APA-Economics»ə verilən məlumata görə, biznes-forumda Azərbaycanın maliyyə, tikinti, İKT, kənd təsərrüfatı, bank və sığorta, turizm və digər sahələrdə fəaliyyət göstərən 25-30 şirkətin nümayəndələri iştirak edirlər.
Biznes-forum çərçivəsində Azərbaycan və Yunanıstan sahibkarları arasında ikitərəfli görüşlər də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR