Bank Of Baku

Son pul hərracında «Bakı Sənaye Tikinti» ASC-nin 30% səhmi satılıb

Son pul hərracında «Bakı Sənaye Tikinti» ASC-nin 30% səhmi satılıb
# 17 fevral 2009 12:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Fevralın 10-da Bakı şəhərində keçirilmiş 499-cu pul hərracında «Bakı Sənaye Tikinti» ASC-nin səhmləri satılıb. Bu barədə «APA-Economics»ə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən məlumat verilib.
Səhmdar cəmiyyətinin nizamnamə kapitalı 47 388 manat, buraxılmış səhmləri 23 694 ədəd, bir səhmin nominal dəyəri 2 manatdır. Satışa «Bakı Sənaye Tikinti» ASC-nin nominal dəyəri 14 256 manat, ilkin hərrac qiyməti isə 7 128 manat təşkil edən 7 128 səhmi çıxarılıb. Səhmlərin hamısı ilkin hərrac qiyməti ilə satılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR