Bank Of Baku

Martın 3-də Şəkidə investisiya konfransı keçiriləcək

Martın 3-də Şəkidə investisiya konfransı keçiriləcək
# 18 fevral 2009 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 3-də Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə ölkədə fəaliyyət göstərən sahibkarlar üçün Şəkidə investisiya konfransı keçirəcək.
AİŞ-dən «APA-Economics»ə verilən məlumata görə, konfransda AİŞ və USAID-in icraçı tərəfdaşı olan «Chemonics International» şirkətinin nümayəndələri AİŞ-in fəaliyyəti və layihələri, əməkdaşlıq imkanları və bu yaxınlarda başlamış USAID-in «Özəl sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi» Proqramı (PSCEP) barədə məlumat verəcək.
Xatırladaq ki, AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR