Bank Of Baku

«Azərsun Holdinq» üç yeni mükafata layiq görülüb

«Azərsun Holdinq» üç yeni mükafata layiq görülüb
# 19 fevral 2009 10:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərsun Holdinq» Şirkətlər Qrupuna daxil olan Qafqaz Konserv Zavodu Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu tərəfindən birinci «Brand Award Azerbaijan» müsabiqəsində Qran-pri, «Bizim tarla» və «Pasha» brendləri isə «İlin brendi» mükafatlarına layiq görülüb. Bu barədə «APA-Economics»ə «Azərsun Holdinq» Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, «Azərsun Holdinq»in konserv zavodlarının illik istehsal gücü 20 min tondur. İstehsal olunan müxtəlif məhsullar «Bizim tarla», «Bostan», «Final», «SuperSun», «Blendo» markaları ilə təqdim olunur. Şirkət eyni zamanda Lənkəran və Astarada ilkin çay emalı müəssisələri qurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR