Bank Of Baku

Yanvarda Azərbaycanda əmtəə dövriyyəsi 10,3%, pullu xidmətlərin həcmi isə 20,1% artıb

Yanvarda Azərbaycanda əmtəə dövriyyəsi 10,3%, pullu xidmətlərin həcmi isə 20,1% artıb
# 19 fevral 2009 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın ticarət şəbəkəsindən əhaliyə 939,5 mln. manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 310,1 mln. manatlıq pullu xidmət göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 10,3%, pullu xidmətlərin həcmi isə 20,1% artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 620,9 mln. manatlıq ərzaq məhsulları və 318,6 mln. manatlıq qeyri-ərzaq malları alıb.
Artımın 55,2%-ni özəl sektorun müəssisələri təmin edib. Bu sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni ayının səviyyəsini 14,5% üstələyərək 225,8 mln. manata çatıb.

Əhaliyə göstərilən pullu xidmətlər üzrə qiymət və fiziki həcm indeksləri
(əvvəlki aya nisbətən, %-lə)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR