Bank Of Baku

Azərbaycan sahibkarları üçün sosial dialoq sahəsi üzrə Şirvanda seminar keçiriləcək

Azərbaycan sahibkarları üçün sosial dialoq sahəsi üzrə Şirvanda seminar keçiriləcək
# 19 fevral 2009 14:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayının 27-də Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) «İşəgötürənlərin sosial dialoq sahəsində biliklərinin təkmilləşdirilməsi Layihəsi» çərçivəsində Şirvan şəhərində işəgötürənlər üçün seminar keçirəcək.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, seminarın məqsədi işəgötürənlərin və eləcə də digər maraqlı tərəflərin sosial dialoqla bağlı məlumatlandırılması, onların daha sosial məsuliyyətli olmaları üçün zəruri bilik və məlumatların verilməsidir.
Qeyd edək ki, layihə 2008-ci ilin oktyabr ayından etibarən QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR