Bank Of Baku

Xaricdəki Azərbaycan şirkətlərinə yardım məqsədilə xüsusi şura yaradılacaq

Xaricdəki Azərbaycan şirkətlərinə yardım məqsədilə xüsusi şura yaradılacaq
# 20 fevral 2009 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) nəzdində xaricdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinə yardım etmək məqsədilə xüsusi şura yaradıla bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
M.Məmmədquliyevin sözlərinə görə, hazırda XİN Azərbaycanda fəaliyyət göstərən səfirliklərin vasitəsi ilə yerli şirkətlərə xaricdə fəaliyyəti üçün dəstək və yardım göstərir: «Biz nazirlik nəzdində şuranın yaradılmasını planlaşdırırıq ki, həmin şura Azərbaycanın xaricdə fəaliyyət göstərən və ya fəaliyyətə hazırlaşan şirkətlərinə yardım və dəstək göstərsin».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR