Bank Of Baku

Minsk vilayətinin qubernatoru Leonid Kruptsanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir

Minsk vilayətinin qubernatoru Leonid Kruptsanın rəhbərlik etdiyi  nümayəndə heyəti Bakıda səfərdədir
# 23 fevral 2009 13:35 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Minsk vilayətinin qubernatoru Leonid Kruptsanın rəhbərlik etdiyi böyük nümayəndə heyəti dünən Bakıya gəlib. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti dünən Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Bu gün isə heyət işgüzar dairələrlə görüşlərə başlayıb. Nümayəndə heyətinə Belarusun 17 müəssisə və şirkətinin rəhbəri, Minsk vilayətinin Minsk və Smoloviçski rayonlarının rəhbərləri daxildir. Səfər çərçivəsində L.Kruptsa Azərbaycan rəsmiləri, bir sıra rayon rəhbərləri və işgüzar dairələrin nümayəndələri ilə danışıqlar aparacaq, İqtisadi İnkişaf Nazirliyində görüş keçirəcək. Səfər çərçivəsində sabah Azərbaycan-Belarus biznes-forumu və Belarus mallarının satış-sərgisi də təşkil olunacaq. Bu sərgidə Slutski ət və pendir emalı kombinatlarının, Kopılsk yağ-pendir zavodunun və digər müəssisələrin məhsulları sərgilənəcək. Sərgidə həmçinin «Atlant» soyuducaları və paltaryuyan maşınları, «Neman» şirkətinin şüşə və büllur qab-qacaqları, «Milavitsa» fabrikin məhsulları nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR