Bank Of Baku

Bakıda Belarus məhsullarının sərgisi keçirilir

Bakıda Belarus məhsullarının sərgisi keçirilir
# 24 fevral 2009 10:02 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç qeyd edib ki, Minsk vilayətinin nümayəndə heyətinin üçgünlük səfəri çərçivəsində (23-25 fevral) iki ölkənin sahibkarları arasında işgüzar görüşlər keçiriləcək, habelə nümayəndə heyəti Azərbaycanın regionlarına tanışlıq məqsədi ilə səfər edəcək.
Öz növbəsində çıxış edən Minsk vilayətinin qubernatoru, nümayəndə heyətinin başçısı Leonid Krupets bildirib ki, səfərin məqsədi iki ölkə arasında mövcud iqtisadi əlaqələri inkişaf etdirmək və hazırda dünyada müşahidə olunan maliyyə böhranı dövründə birgə tədbirlər görməkdir.
Tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq inkişaf etməkdədir: «Belə ki, buna nümunə kimi Gəncə şəhərində Belarus kənd təsərrüfatı texnikasının istehsalını gətirmək olar».
Qeyd edək ki, sərgidə Belarusun süd və süd məhsulları, təbii şirələr, kolbasa məmulatları, konfet və şirniyyat, toxuculuq, traktor və kənd təsərrüfatı avadanlıqları və bir sıra digər məhsullar nümayiş olunur.
Xatırladaq ki, ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 111 mln. ABŞ dolları təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR