Bank Of Baku

Belarus sahibkarları Azərbaycanın tikinti sektoruna maraq göstərir

Belarus sahibkarları Azərbaycanın tikinti sektoruna maraq göstərir
# 24 fevral 2009 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Minsk vilayətinin nümayəndə heyəti Azərbaycanın tikinti sektorunu ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində prioritet sahə sayır.
Minsk vilayətinin qubernatoru Leonid Krupetsin «APA-Economics»ə verdiyi məlumata görə, tikinti sektorundan başqa, belaruslu sahibkarları Azərbaycanın kənd təsərrüfatı, maşınqayırma və bir sıra digər sahələri prioritet sayır və məhz bu sahələrdə əməkdaşlıq etməyə hazırdır.
«Öz növbəsində biz Azərbaycanda olan tər-tərəvəz, quru meyvə və bir sıra Belarusda olmayan digər məhsullarla maraqlanırıq», - deyə L.Krupets bildirib.
Qubernator həmçinin qeyd edib ki, ötən il ərzində Minsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 14,5 mln. ABŞ dolları təşkil edib və gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Hazırda Azərbaycanla Minsk vilayəti arasında ticarət mübadiləsi 56 mal mövqeyi üzrə aparılır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi isə ötən il 111 mln. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR