Bank Of Baku

Belarus Azərbaycana təbii şirə və sıyıqlar ixrac edəcək

Belarus Azərbaycana təbii şirə və sıyıqlar ixrac edəcək
# 24 fevral 2009 12:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Belarusun ən iri qida məmulatları istehsalçılarından biri olan «Molodeçnenskiy Pişevoy Kombinat» Azərbaycana öz məhsullarının ixracına başlaya bilər. Bu barədə «APA-Economics»ə müəssisənin maliyyə məsələləri üzrə direktor müavini Vladimir Komar məlumat verib.
V.Komarın sözlərinə görə, hazırda «Molodeçnenskiy Pişevoy Kombinat»da 600 adda məhsul istehsal olunur ki, bura cem, cır mərsini, qaragilə, quşüzümü, tozağacı və digər təbii şirələr, dondurulmuş giləmeyvə və göbələklər, həmçinin qarabaşaq, manna və digər sıyıqlar daxildir.
«Hazırda biz öz məhsullarımızı Liviya, Polşa, Almaniya, Fransa kimi ölkələrə ixrac edirik. Azərbaycana səfərimizin məqsədi də məhz burada tərəfdaş tapıb öz məhsullarımızı ölkəyə ixrac etməkdir», - deyə V.Komar bildirib.
Direktor müavini onu da qeyd edib ki, Azərbaycan şirkətləri Kombinatın istehsal etdiyi məhsullara böyük maraq göstərib. Belə ki, artıq bu ilin mart ayının 2-də Azərbaycan şirkətlərindən birinin nümayəndələri «Molodeçnenskiy Pişevoy Kombinat»a səfər edəcək, məhsulların Azərbaycana ixracına dair danışıqlar aparacaq: «Biz isə öz növbəmizdə bu danışıqları davam etdirmək məqsədilə martın sonunda yenidən Azərbaycana səfər edəcəyik».
V.Komar həmçinin bildirib ki, «Molodeçnenskiy Pişevoy Kombinat» öz növbəsində Azərbaycandan tomat pastası, marinad və turşu xiyar, ekzotik meyvə şirələrinin konsentratları və bir sıra digər məhsulların Belarusa ixracında maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR