Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri və ATİB rəsmiləri Birliyin üzv şirkətlərini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri və ATİB rəsmiləri Birliyin üzv şirkətlərini ziyarət edib
# 24 fevral 2009 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədr müavini Cemal Yangın və baş katibi Rəşad Rəsullu ATİB-in üzv şirkətlərini ziyarət ediblər.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndə heyətinə həmçinin səfirliyin ticarət müşaviri Qazi Bilgin, iqtisadiyyat müşaviri Cahid Büyüktürk, çalışma və sosial müdafiə müşaviri Mustafa Gür də daxil olub.
Nümayəndə heyəti «Fatoğlu İstehsal Azərbaycan Ltd.», «NJT 2000» və «TAİS İKF» şirkətlərini ziyarət edib, şirkətlərin fəaliyyəti ilə maraqlanıb.
Görüşlər zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, iki ölkə arasındakı potensial əməkdaşlıq imkanları dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR