Bank Of Baku

Azərbaycan və Minsk vilayətinin sahibkarları arasında bir neçə müqavilə imzalana bilər

Azərbaycan və Minsk vilayətinin sahibkarları arasında bir neçə müqavilə imzalana bilər
# 24 fevral 2009 13:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Minsk vilayətinin nümayəndə heyətinin səfərinin nəticələri əsasında tərəflər arasında bir sıra müqavilənin imzalanacağı gözlənilir. Bu barədə «APA-Economics»ə Minsk vilayətinin qubernatoru Leonid Krupets məlumat verib.
L.Krupetsin sözlərinə görə, keçirilən görüşlərdə Azərbaycan və Belarus şirkətləri arasında bir neçə məsələ üzrə razılıq əldə olunub: «Məhz bu razılıqlar tərəflər arasında məhsulların idxal-ixracı, həmçinin birgə müəssisələrin yaradılmasına dair müqavilələrin imzalanmasına imkan yaradacaq».
Bundan başqa, qubernator bildirib ki, fevralın 25-də Minsk vilayətinin nümayəndə heyəti Azərbaycanın regionlarına səfər edəcək: «Artıq Minsk vilayətinin Nesivskiy və Azərbaycanın İsmayıllı rayonları arasında əməkdaşlığa dair müqavilə mövcuddur. Biz həm İsmayıllıya, həm də digər regionlara səfər edəcəyik ki, buna oxşar müqavilələr imzalayıb, yeni tərəfdaşlar taparaq əməkdaşlığı regional səviyyədə də aparaq».
Xatırladaq ki, ötən il ərzində Minsk vilayəti ilə Azərbaycan arasında ticarət dövriyyəsi 14,5 mln. ABŞ dolları təşkil edib və gələcəkdə bu göstəricinin artacağı gözlənilir. Hazırda Azərbaycanla Minsk vilayəti arasında ticarət mübadiləsi 56 mal mövqeyi üzrə aparılır. İki ölkə arasında ticarət dövriyyəsinin ümumi həcmi isə 2008-ci ildə 111 mln. dollara bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR