Bank Of Baku

Sahibkarlara Kömək Milli Fondunun veb-saytı yaradılıb

Sahibkarlara Kömək Milli Fondunun veb-saytı yaradılıb
# 25 fevral 2009 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun (SKMF) İnternet səhifəsi yaradılıb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, SKMF-in fəaliyyəti, müvəkkil kredit təşkilatları, güzəştli kreditlərin verilmə mexanizmi və s. barədə məlumatları www.anfes.gov.az saytından əldə etmək olar.
Qeyd edək ki, SKMF 2002-ci ildə yaradılıb. Bu müddət ərzində SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb. SKMF vəsaiti bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 29 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR