Bank Of Baku

Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin təkmilləşdirilməsi məqsədilə Twinning layihəsinin rəhbər komitəsinin iclası keçirilib

Azərbaycanda keyfiyyət infrastrukturu sisteminin təkmilləşdirilməsi məqsədilə Twinning layihəsinin rəhbər komitəsinin iclası keçirilib
# 25 fevral 2009 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK) ölkədə keyfiyyət infrastrukturu sisteminin Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması məqsədi ilə həyata keçirilən Twinning layihəsinin rəhbər komitəsinin ilk iclası keçirilib. Bu barədə «APA-Economics»ə SMPDK-nin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Ramiz Həsənov bildirib ki, üç ay ərzində Avropa ekspertləri yerli mütəxəssislərlə birlikdə keyfiyyət infrastrukturunu əhatə edən gələcək hüquqi çərçivə layihəsini müəyyənləşdirib. Avropa İttifaqı tərəfindən alınması planlaşdırılan metroloji avadanlıqlarla əlaqədar prioritetlərin müəyyən olunduğunu qeyd edib.
Sonra layihənin rezident müşaviri Lasse Koivunenin hesabatı dinlənilib.
İclasın sonunda 3 aylıq hesabat təsdiqlənib, layihənin rəhbər komitəsinin növbəti iclasının tarixi cari il may ayının 7-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR