Bank Of Baku

Azərbaycan paytaxtında keçiriləcək beynəlxalq avtomobil sərgisində 15 ölkəni təmsil edən şirkətlər iştirak edəcək

Azərbaycan paytaxtında keçiriləcək beynəlxalq avtomobil sərgisində 15 ölkəni təmsil edən şirkətlər iştirak edəcək
# 25 fevral 2009 09:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 26-29-da Bakıda VI Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi («AutoShow») keçiriləcək. Tədbirin təşkilatçısı rolunda Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkəti çıxış edir.
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə Rusiya, Almaniya, Türkiyə, İran, Çin, Belarus, Yaponiya, Rumıniya kimi 15 ölkədən 50-dən çox şirkət iştirak edəcək. Sərgi çərçivəsində 2009-cu ilin avtomobili elan edilmiş «Opel Insignia» avtomobilinin təqdimatı keçiriləcək. Bundan başqa, Rusiyanın «QAZ» avtomobil şirkəti yeni «Siber» avtomobil modelini nümayiş edəcək. Həmçinin, sərgidə «AzTexnika» şirkəti ilk dəfə olaraq mütəxəssislərin diqqətinə ABŞ-ın «MACK» özüboşaldan yük maşınlarını təqdim edəcək. «Russkiye avtobusı» şirkəti isə sərgi çərçivəsində şəhər üçün ən yeni «KAVZ 4239» alçaq döşəməli avtobusunun təqdimatını keçirəcək.
Sərgidə minik avtomobilləri, furqon və pikaplar, yük avtomobilləri, qoşulan vaqonlar, kommunal texnika, ictimai nəqliyyat, sığortalama və bir sıra digər məhsul və xidmətləri təqdim olunacaq.
«AutoShow» sərgisi ilə bərabər III Azərbaycan Beynəlxalq Ehtiyat Hissələri, Aksessuarlar və Xidmət Avadanlıqları Sərgisi («AutoParts») keçiriləcək. Dünyanın aparıcı istehsalçılarından şinlərin geniş çeşidi və ilk dəfə olaraq kommersiya nəqliyyatı üçün portal avtoyuyucular təqdim olunacaq. Hazırda sərgidə təxminən 12 ölkədən 20-dən çox iştirakçı qeydiyyata alınıb. Bunların arasında Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran, Çin, Rusiya, Belarus, Finlandiya, ABŞ, İsrail və s. ölkələrdən şirkətlər var. Bu il sərgidə ilk dəfə olaraq Hindistanın «Garima Global» istehsalçı şirkəti iştirak edəcək. Sərginin digər debütantı – Rumıniyanın «FLOWEY» şirkəti avtokosmetika məhsullarını təqdim edəcək. Bundan başqa, sərgidə ilk dəfə olaraq Azərbaycanın «Caspian Navtel» şirkəti GPRS naviqasiya sistemlərini nümayiş etdirəcək. Həmçinin, sərgidə ilk dəfə olaraq kommersiya nəqliyyatının tüninqi ilə bağlı təqdimat keçiriləcək.
Bununla yanaşı, sərgi çərçivəsində müxtəlif təqdimatlar və seminarlar təşkil olunacaq. Belə ki, Rusiyanın «Kama Şina» şirkəti ən yeni istehsalat texnologiyaları və şinlərin istifadəsinə dair seminar keçirəcək.
Qeyd edək ki, sərgiyə Azərbaycan Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisinin Baş İdarəsi və Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) rəsmi dəstək verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR