Yuri Şedrin: «Azərbaycanda Rusiya kapitallı 550 şirkət fəaliyyət göstərir»
Y.Şedrinin sözlərinə görə, bu göstərici iki ölkənin qarşıya məqsəd kimi qoyduğu həcmi üstələyib və bununla da proqnozlar artıqlaması ilə yerinə yetirilib: «Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Xarici ölkələrdən ötən il ərzində Azərbaycana idxal olunan mal və məhsulların 19%-ni Rusiya məhsulları təşkil edib».
Y.Şedrin əlavə edib ki, ötən il ərzində Rusiyanın Azərbaycana ixracı 42,6% artaraq 1 991,1 mln. dollara, idxal isə 25% artaraq 411,4 mln. dollara çatıb və nəticədə, 1 579,7 mln. dollarlıq müsbət saldo yaranıb.
Y.Şedrin həmçinin bildirib ki, ötən il ərzində Rusiyadan Azərbaycana gətirilən bütün məhsulların 37%-ni qeyri-xammal məhsulları təşkil edib: «Hazırda biz Azərbaycanla 1 720 mal mövqeyi üzrə ticarət mübadiləsi aparırıq».
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsinin sözlərinə görə, 2008-ci ildə Rusiyadan Azərbaycana 15 637 ədəd minik avtomobili, 6 108 ədəd yük avtomobili, 143 ədəd avtobus, 55 ədəd avtokran, 371 ədəd xüsusi təyinatlı avtomobil və 191 ədəd traktor gətirilib: «Təkcə «AvtoVAZ» zavodu 2008-ci ildə Azərbaycana 11,5 min müxtəlif modeldə «Jiquli» avtomobili idxal edib. «Metrovaqonmaş» ASC isə Bakı Metropoliteninə 36 vaqon göndərib».
Rusiyanın Azərbaycanda fəaliyyət göstərən «Baltika», «Rossiyskie Jeleznıe Doroqi», «VneşTorqBank», «Rosno» və digər iri şirkətlərindən danışan Y.Şedrin hazırda Azərbaycanda ümumilikdə 550 Rusiya şirkətinin fəaliyyət göstərdiyini bildirib: «Bunların təxminən yarısı birgə müəssisə, digər hissəsi isə 100% Rusiya kapitallı şirkət və müəssisələrdir».
Bundan başqa, Y.Şedrin vurğulayıb ki, hazırda Rusiyanın Azərbaycana yatırdığı investisiyaların həcmi cəmi 12 mln. dollar təşkil edir, bu da yaxşı nəticə deyil. Lakin Y.Şedrin vurğulayıb ki, Nardaranda Rusiyanın «Crocus» şirkətinin kurort zonasının tikintisinə 1 mlrd. dollar, «Baltika» şirkətinin pivə istehsalına 20 mln. dolların yatıracağı gözlənilir.
Sonda Y.Şedrin bildirib ki, bu il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 mlrd. dollara çatacağı proqnozlaşdırılsa da, maliyyə böhranı ilə əlaqədar bu proqnoza yenidən baxılacaq.
Tədbirdə çıxış edən Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov isə qeyd edib ki, ötən il ərzində Azərbaycanla Tatarıstan arasında ticarət dövriyyəsi 110 mln. dollar təşkil edib. Bunun 100 mln. dolları Tatarıstandan Azərbaycana, 10 mln. dolları isə Azərbaycandan Tatarıstana göndərilən mal və məhsulların payına düşüb: «Bu göstəricinin artırılması üçün tərəflərin geniş potensialı mövcuddur. Belə ki, Tatarıstanla Türkiyə arasında 2 mlrd. dollarlıq ticarət dövriyyəsi var. Azərbaycan şirkətlərini ixracatı artırmağa çağırırıq ki, Azərbaycandan Tatarıstana göndərilən məhsulların həcmi heç olmasa 40-50 mln. dolar təşkil etsin».
Sahibkarlıq
Təbii inhisarlarla bağlı şikayətlər üzrə istehlakçılara qaytarılan vəsaitin həcmi açıqlanıb
Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
“Baku Steel Company” QSC açıq tender elan edir
“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib
Xəbər Lenti
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub
Ağstafa, Göygöl, Ağdam və Füzulidə su və kanalizasiya sistemləriylə əlaqədar torpaq alınacaq
Muxtar Babayev: 2030-cu ilədək elektrik şəbəkələrinə illik investisiyalar 600 milyard dollara çatmalıdır
Gəncədə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Azərbaycanda pul baratları üzrə müsbət saldo 680 milyon dollara çatıb
Binəqədidə evdən 8000 manatlıq məişət və geyim əşyaları oğurlanıb, kirayənişin saxlanılıb
“PAŞA Sığorta” üç KASKO hadisəsi üzrə 150 min manatdan çox ödəniş edib
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Mərkəzi Bankın Baş direktoru: Yüksək valyuta ehtiyatları xarici şoklara qarşı strateji buferdir - MÜSAHİBƏ
Kreml: Rusiya Qara dənizdə Ukrayna üçün silah daşımaqda istifadə olunan ticarət gəmilərinə zərbələri davam etdirəcək
2027-ci il qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar açıqlanıb
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmayıb
Dövlət Xidmətinin rəisi: Azad edilmiş ərazilərdə 434 abidəyə dəymiş ziyan 700 milyon manatdan çoxdur