Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə «Bildungswerk der Wirtschaft» Peşə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə «Bildungswerk der Wirtschaft» Peşə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 25 fevral 2009 11:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində ASK və «Bildungswerk der Wirtschaft» Peşə İnstitutu arasında «Sosial Dialoq» layihəsi üzrə ikitərəfli müqavilə imzalanıb. Azərbaycan tərəfindən müqaviləni ASK-ın prezidenti Ələkbər Məmmədov, Almaniya tərəfindən isə İnstitutunun direktoru xanım Ute Tomspon imzalayıblar.
ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Almaniyaya səfərin məqsədi sosial dialoq sahəsində alman təcrübəsinin öyrənilməsi, kollektiv müqavilələrin və əmək mübahisələrinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılmasından ibarət olub.
Səfər çərçivəsində ASK-nın nümayəndə heyəti Berlində Almaniyanın İşəgötürənlər İttifaqının Federal Birliyi (BDA) və Sənaye İttifaqı Federal Birliyində (BDİ) görüşlər keçirib. Görüşdə təşkilatlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Səfər zamanı həmçinin Almaniyanın «Nordmetall», «Gesamtmetall» təşkilatları və «Caterpillar», «Horose» şirkətlərində görüşlər keçirilib. Görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR