Bank Of Baku

Rusiyanın Stavropol, Tambov və Həştərxan vilayətlərinin iş adamları Azərbaycana gələcək

Rusiyanın Stavropol, Tambov və Həştərxan vilayətlərinin iş adamları Azərbaycana gələcək
# 25 fevral 2009 14:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Rusiyanın işgüzar dairələrinin bir qrup nümayəndəsi Azərbaycana rəsmi səfər edəcək. «APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, yaxın gələcəkdə Rusiyanın Stavropol, daha sonra isə Tambov vilayətlərinin iş adamları Azərbaycana səfər edəcək: «Cari il ərzində həmçinin ötən il səfəri bir sıra problemlərə görə təxirə salınan Həştərxan vilayətinin işgüzar dairələrinin təmsilçiləri də ölkəyə səfər edəcək».
Y.Şedrin həmçinin bildirib ki, Rusiya və Azərbaycan regional səviyyədə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Qeyd edək ki, ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,4 mlrd. ABŞ dolarından çox olub. Bu ilin yekunlarına görə isə iki ölkə arasında ticarət dövriyyəsinin -2,5 mlrd. dollar səviyyəsinə çatacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR