Bank Of Baku

Moskvada MDB ölkələrinin biznes liderlərin forumu keçiriləcək

Moskvada MDB ölkələrinin biznes liderlərin forumu keçiriləcək
# 25 fevral 2009 14:44 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Bu ilin fevralın 27-də Moskvada (Rusiya) MDB İcraiyyə Komitəsinin dəstəyi ilə Birlik üzvü olan ölkələr üçün biznes liderlərin ilk görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə MDB-nin Maliyyə-Bank Şurasından məlumat verilib.
Şuradan bildirilib ki, MDB-nin İşgüzar İqtisadi İnkişaf Mərkəzi ilə birgə təşkil olunan bu forumda qlobal maliyyə böhranı şəraitində regional biznes təşəbbüsü və qüvvələrin cəmlənməsi üzrə aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Azərbaycan Beynəlxalq Bankı, Rusiyanın aparıcı maliyyə qurumları və digər MDB ölkələrinin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçiriləcək biznes liderlərin görüşündə əsas şüar «İnkişaf strategiyamız birlikdir» olacaq. Biznes liderləri arasında birbaşa dialoqun bir hissəsi olan bu görüşdə qlobal böhran zamanı iqtisadi qurumlar qarşısında yaranan problemlərin həlli yolları ilə bərabər MDB-nin 2010-cu ilədək inkişaf strategiyasının həyata keçirilməsi məsələsi müzakirə olunacaq. Maraqlıdır ki, forumun təşkili ideyası MDB ölkələrinin dövlət və hökumət başçıları şuraları tərəfindən irəli sürülüb olunub və ötən ilin payızında MDB Maliyyə-Bank Şurasının Bakıda keçirilən beynəlxalq konfransında tərəflər arasında razılaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR