Bank Of Baku

Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının birinci toplantısının yekunlarına dair protokol imzalanıb

Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının birinci toplantısının yekunlarına dair protokol imzalanıb
# 27 fevral 2009 12:19 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının birinci toplantısının yekunlarına dair protokol imzalanıb. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib. Toplantıda iki ölkə arasında ticarət-iqtisadi münasibətlər, energetika, sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsini vacib sayıb, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında özəl sektorun rolunun xüsusi vurğulayıb. Qeyd edək ki, ötən il Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsinin həcmi 1,7 milyon dollar təşkil edib. Toplantı çərçivəsində həmçinin 2009-cu ildə Azərbaycanda İordaniya Mədəniyyət Günlərinin keçirilməsi qərara alınıb. İordaniyada Azərbaycan Mədəniyyət Günləri isə gələn il keçiriləcək. Hökumətlərarası komissiyanın toplantısı çərçivəsində Ammanda biznes-forum keçirilib. Səfirlikdən APA-ya bildiriblər ki, aprelin sonlarında Azərbaycanın təhsil naziri Misir Mərdanov və müdafiə naziri Səfər Əbiyevin İordaniyaya səfəri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR