Bank Of Baku

İslam Konfransı Təşkilatı ölkələrində vahid halal qida standartı qəbul olunacaq

İslam Konfransı Təşkilatı ölkələrində vahid halal qida standartı qəbul olunacaq
# 02 mart 2009 07:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. İslam Konfransı Təşkilatının (İKT) təşəbbüsü ilə Azərbaycan da daxil olmaqla təşkilata üzv ölkələrdə halal qida standartının hazırlanması və tətbiqi istiqamətində işlər aparılır. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Ötən ilin iyun ayında Malayziyada İKT-nin formalaşdırdığı işçi qrupunun toplantısında halal qida standartı üzrə halal məhsulların istehsalı, qablaşdırılması, markalanması, ixrac və idxalı ilə bağlı səslənmiş təkliflər əsasında standartın ilkin layihəsi hazırlanıb. Layihə üzv ölkələrə təqdim olunub və rəy alınmasına başlanıb.

Halal qida standartının hazırlanması ilə bağlı İKT-yə üzv ölkələrin müvafiq işçi qrupunun növbəti toplantısı bu ilin mart ayının 25-26-da Ciddədə (Səudiyyə Ərəbistanı) keçiriləcək. İclasda üzv ölkələrin halal qida standartının layihəsinə təqdim edəcəkləri rəylər ümumiləşdiriləcək.

İşçi qrupunun Qahirədə (Misir) aprel ayında keçiriləcək növbəti iclasında halal qida standartının qəbulu gözlənilir. Cari ilin may ayında isə Kuala-Lumpurda (Malayziya) planlaşdırılan forumda halal qida standartının təqdimatı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR