Bank Of Baku

Azərbaycan əhalisi yanvarda istehlak mallarının alışını 22,8% artırıb

Azərbaycan əhalisi yanvarda istehlak mallarının alışını 22,8% artırıb
# 02 mart 2009 09:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan əhalisinə 1 249,6 mln. manatlıq və ya 2008-ci ilin eyni ayı ilə müqayisədə 12,3% çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 61,8%-i ticarət fəaliyyətinin, 38,2%-i əhaliyə göstərilən pullu xidmətlərin hesabına təmin edilib. İstehlak bazarında pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin xüsusi çəkiləri müvafiq olaraq 75,2% və 24,8% təşkil edib.
Cari ilin yanvar ayında ticarət və xidmət şəbəkələrindən hər bir ölkə sakini orta hesabla 145,1 manatlıq və ya əvvəlki ildəkindən 26,9 manat çox (22,8%) müxtəlif istehlak malları alıb və pullu xidmətlərdən istifadə edib.
Hesabat ayında özəl müəssisələr tərəfindən 1 157,7 mln. manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib, pərakəndə əmtəə dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin real artımının 84,5%-i bu müəssisələrin fəaliyyəti hesabına təmin edilib.
Cari ilin yanvar ayında istehlakçılara (ixrac da daxil olmaqla) 566,8 min ton neft məhsulları göndərilib. Bunun 62,4%-i daxili bazarın tələbatının ödənilməsinə yönəldilib, 37,6%-i isə ixrac olunub. Neft məhsullarının 31,6%-ni dizel yanacağı, 21,7%-ni mazut yanacağı, 15,3%-ni avtomobil benzini, 12,8%-ni aviasiya üçün və sair ağ neft, 3,9%-ni mayeləşdirilmiş qazlar, 2,4%-ni neft bitumu, 0,1%-ni sürtgü yağları, 12,2%-ni isə digər məhsullar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR