Bank Of Baku

Azərbaycanda vətəndaş cəmiyyətində sosial dialoqun inkişafı mövzusunda Brüsseldə keçirilən beynəlxalq konfransda iştirak edir

Azərbaycanda vətəndaş cəmiyyətində sosial dialoqun inkişafı mövzusunda Brüsseldə keçirilən beynəlxalq konfransda iştirak edir
# 02 mart 2009 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Brüsseldə (Belçika) Beynəlxalq Əmək Təşkilatı və Avropa İqtisadi və Sosial Komitəsinin təşkilatçılığı ilə «Qara dəniz regionu və «Şərq Əməkdaşlığı» ölkələrinin vətəndaş cəmiyyətində sosial dialoqun inkişafı» mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) «APA-Economics»ə verilən məlumata görə, konfransın məqsədi Avropa İttifaqı və «Şərq Əməkdaşlığı» (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Belarus və s.) ölkələrinin vətəndaş cəmiyyəti qurumları, sosial tərəfdaşları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsidir.
Konfransda Avropa İttifaqı ölkələrinin və bir sıra şərq regionu ölkələrinin işəgötürənlər təşkilatları və həmkarlar ittifaqlarının nümayəndələri iştirak edəcək. Tədbirdə ASK-nın prezidenti Ələkbər Məmmədov da iştirak edir. Ə.Məmmədov Azərbaycanda sosial dialoq sahəsində mövcud vəziyyətlə bağlı geniş təqdimatla çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR