Bank Of Baku

Bakıda Azərbaycan və Acarıstan biznesmenlərinin görüşü keçirilib

Bakıda Azərbaycan və Acarıstan biznesmenlərinin görüşü keçirilib
# 03 mart 2009 06:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı Levan Varşalomidzenin Azərbaycana rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyində (İİN) yerli iş adamları ilə görüş keçirilib.
İİN-dən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Acarıstanın biznes imkanları və investisiya mühiti ilə bağlı təqdimat keçirilib. Azərbaycan tərəfindən turizm, inşaat, sənaye və kənd təsərrüfatı sahələrini təmsil edən 20-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Acarıstan və Azərbaycan iş adamları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, tədbir İİN-in dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR