Bank Of Baku

«Xalq Bank» Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı seçilib

«Xalq Bank» Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı seçilib
# 03 mart 2009 06:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kredit vəsaitlərinin yerləşdirilməsi üzrə növbəti müvəkkil kredit təşkilatı seçilib.
SKMF-dan «APA-Economics»ə verilən məlumata görə, güzəştli kredit vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil kredit təşkilatı qismində iştirak etmək məqsədi ilə «Xalq Bank» ASC-nin müraciətinə baxılıb və SKMF-in Müşahidə Şurasının qərarı ilə «Xalq Bank» müvəkkil kredit təşkilatı seçilib. Bununla da SKMF-in müvəkkil kredit təşkilatlarının sayı 35-ə çatıb.
Xatırladaq ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 30 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 4 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir.
Qeyd edək ki, 2002-ci ildən etibarən SKMF tərəfindən ümumilikdə 300 mln. manatdan artıq güzəştli kredit ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR