Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri və ATİB rəsmiləri Birliyin üzv şirkətlərini ziyarət edib

Türkiyənin Azərbaycandakı səfiri və ATİB rəsmiləri Birliyin üzv şirkətlərini ziyarət edib
# 03 mart 2009 09:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədr müavini Cemal Yangın və İdarə Heyətinin üzvü İhsan Fatoğlu ATİB-in üzv şirkətlərini ziyarət ediblər.
ATİB-dən «APA-Economics»ə verilən məlumata görə, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndə heyətinə həmçinin səfirliyin ticarət müşaviri Qazi Bilgin, iqtisadiyyat müşaviri Cahid Büyüktürk, Şimali Kipr Türk Respublikasının təmsilçisi Zeki Qazioğlu da daxil olub.
Nümayəndə heyəti «İstanbul Çarşı Import Export Ltd.», «Mozart» kafesi, «İSR-Koray» MMC, «AKAT İnşaat» MMC və «Hilal Elektrik Ltd.» şirkətlərini ziyarət edib, şirkətlərin fəaliyyəti ilə maraqlanıblar.
Görüşlər zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, iki ölkə arasındakı potensial əməkdaşlıq imkanları dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR