Bank Of Baku

Şəkidə «Özəl sektorun rəqabətliyinin gücləndirilməsi Proqramı» çərçivəsində konfrans keçirilib

Şəkidə «Özəl sektorun rəqabətliyinin gücləndirilməsi Proqramı» çərçivəsində konfrans keçirilib
# 03 mart 2009 12:38 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Bu gün Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Şəkidə birgə konfrans keçirib. APA-nın yerli bürosunun məlumatına görə, konfransda Şəki rayon İcra Hakimiyyətinin aparatı, Şəki və Zaqatala rayonlarının biznes qurumlarının nümayəndələri, AİŞ, USAİD, Xəzər Beynəlxalq İnvestisiya Şirkəti və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən USAİD-in Bakı ofisinin başçısı Skot Teylor «Özəl sektorun rəqabətliyinin gücləndirilməsi Proqramı» barədə iştirakçılara ətraflı məlumat verib. S.Teylor USAİD-in Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində bir çox layihə həyata keçirdiyini və bu layihələrin davam etdiriləcəyini və yaxın vaxtlarda yeni layihələrin həyata keçirilməsi üçün qrantların ayrılacağını bildirib.
«Özəl sektorun rəqabətliyinin gücləndirilməsi Proqramı»nın direktoru Den Krus isə çıxışında USAİD-in bu layihənin həyata keçirilməsinə 6,6 mln. ABŞ dolları ayırdığını vurğulayıb. Proqramın məqsədi iqtisadiyyatın əsas sahələrində iş yerlərinin yaradılması, gəlirlərin artırılması və investisiyaların cəlb edilməsidir.
Konfransda həmçinin qeyd olunub ki, analoji tədbirlər artıq Azərbaycanın digər bölgələrində (Quba, Lənkəran və Gəncə) də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR