Bank Of Baku

«Ancor» süd məhsullarını Azərbaycana gətirən müəssisədə nöqsanlar aşkarlanıb

«Ancor» süd məhsullarını Azərbaycana gətirən müəssisədə nöqsanlar aşkarlanıb
# 04 mart 2009 09:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) müfəttişləri ölkəyə idxal olunan «Ancor» əmtəə nişanlı süd məhsullarının qəbulu, saxlanması və realizəsi ilə məşğul olan «Lider SM» MMC-də nöqsanlar aşkar edib. Bu barədə «APA-Economics»ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
İdxal olunan məhsulların keyfiyyət və uyğunluq sertifikatları olmadığına, müəssisədə AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərinə əməl edilmədiyinə görə və s. səbəblərlə bağlı «Lider SM» MMC-yə inzibati protokol tərtib olunaraq cərimələnib. Müəssisə rəhbərliyinə iradnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR